İSTİFADƏÇİ SAZİŞİ (İCTİMAİ OFERTA)
Redaksiya 20.10.2022.
Bu İstifadəçi sazişində (bundan sonra — İstifadəçi sazişi) istifadə olunan bütün terminlər və təriflər bu İstifadəçi sazişində təsbit edilmişdir. İstifadəçi sazişində təsbit edilməyən terminlər və təriflər Tərəfdaş tərəfindən (bundan sonra — Əlavə) dərc edilmiş İstifadəçi sazişinə Əlavədə müəyyən edilmiş mənaları daşıyırlar.
İstifadəçi sazişi, qoşulma müddəti məhdud olmayan (qeyri-müəyyən müddətə etibarlıdır) ictimai ofertadır (bundan sonra — Oferta).
İstifadəçi sazişinin qəbulu, Respondent tərəfindən Saytda Uçot qeydinin yaradılmasında ifadə olunan konklyudent hərəkətlərin yerinə yetirilməsi sayılır. Uçot qeydini yaratmaqla, İstifadəçi sazişinin şərtlərini və müddəalarını qəbul etməklə eyni vaxtda Respondent Əlavənin şərtlərini və müddəalarını qəbul edir və bu İstifadəçi sazişinə və Əlavəyə qoşulmuş hesab olunur. Administrator, Tərəfdaş və Respondent həm İstifadəçi sazişi, həm də Əlavənin şərtlərini qəbul edirlər və onlara əməl etməyi öhdəsinə götürürlər; bu İstifadəçi sazişi ilə tənzimlənməyən tərəflərin hüquqi münasibətlərinə Əlavənin müddəaları tətbiq edilir və əksinə.
İstifadəçi sazişini qəbul etməklə Respondent Administratora öz şəxsi məlumatlarının emalına razılığını verir .
Respondent bu İstifadəçi sazişinin hər hansı müddəaları ilə razılaşmırsa, Respondent Saytın Xidmətlərindən istifadə etmək hüququna malik deyil. Dəyişikliklər dərc edildikdən sonra Respondent Saytın Xidmətlərindən istifadə etməyə davam edirsə, hesab olunur ki, bununla da o, İstifadəçi sazişinin şərtlərindəki dəyişiklikləri tam həcmdə qəbul edir.
Saytdan, o cümlədən Saytın Xidmətlərindən istifadə zamanı Administratorun, Tərəfdaşın və Respondentin hüquqi münasibətləri İstifadəçi sazişi, Əlavə və Məxfilik siyasəti (bundan sonra — Məxfilik siyasəti) ilə tənzimlənir.
- TERMİNLƏR VƏ TƏRİFLƏR
Saytın domen adı – {domain_name}.
Administrator – {adm_name}, {adm_data}. {adm_link}
Əlaqə forması – elektron poçt ünvanı: {support_mail}.
Respondentin ölkəsi — {resp_country}.
- İSTİFADƏÇİ SAZİŞİN PREDMETİ
2.1. Bu İstifadəçi sazişi üzrə Administrator Respondentin Sorğularda iştirakının məqsədləri üçün sadə (qeyri-istisna) lisenziyanın şərtləri əsasında Saytın Xidmətlərindən istifadə etmək imkanı verir, Respondent isə Sayt Xidmətlərindən istifadə edərkən bu İstifadəçi sazişinin və Saytda yerləşdirilən və ayrı-ayrı Saytın xidmətlərinin göstərilməsi qaydasını və şərtlərini tənzimləyən digər sənədlərin müddəalarına riayət etməyi öhdəsinə götürür.
2.2. Saytın Xidmətləri Respondentə Tərəfdaşın proqram təminatından istifadə etməklə təqdim olunur, bununla əlaqədar olaraq Respondentin Saytda qeydiyyata alınması, Uçot qeydinin bloklanması qaydası, eləcə də Respondent və Tərəfdaş arasında birbaşa yaranan digər münasibətlər Əlavə ilə tənzimlənir.
2.3. Saytın xidmətləri Respondentə pulsuz təqdim olunur.
2.4. Saytın Xidmətlərindən istifadə etmək üçün Respondent müstəqil olaraq özü üçün İnternetə çıxışı təmin etməli, Saytın veb-interfeysi ilə işləmək üçün proqram təminatı quraşdırmalı, həmçinin Saytda Qeydiyyat prosedurundan keçməlidir.
- RESPONDENTİN VƏ ADMİNİSTRATORUN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1. Respondentin hüquq və vəzifələri Əlavə ilə tənzimlənir.
3.2. Administratorun aşağıdaki hüquqları vardır:
3.2.1. bu İstifadəçi sazişinin preambulasında göstərilən sənədlərin şərtlərinə Respondent tərəfindən əməl etməsi şərti ilə Sorğulardan keçmək üçün Respondentə Saytın Xidmətlərindən istifadə etmək imkanı vermək;
3.2.2. istənilən vaxt, xəbərdarlıq etmədən, bu İstifadəçi sazişinin şərtlərinə əlavə etmək, redaktə etmək və ya başqa şəkildə dəyişiklik etmək;
3.2.3. istənilən vaxt öz mülahizəsinə əsasən, Saytın Xidmətlərini əlavə etmək, ləğv etmək və ya dəyişdirmək;
3.2.4. Respondentləri Sorğularda iştirak etmək üçün dəvət etmək;
3.2.5. Sorğunun hədəf auditoriyasının meyarlarını təmin etməyən və ya digər səbəblərə görə, bu zaman Administrator belə imtinaların səbəblərini açıqlamağa borclu deyil, Sorğularda iştirak etməyə Respondentləri dəvət etməmək/imtina etmək;
3.2.6. əgər bu İstifadəçi sazişinin şərtlərindən açıq şəkildə başqa hal nəzərdə tutulmayıbsa, Respondentin Sorğular çərçivəsində suallara cavablarını ehtiva edən simalaşdırılmış məlumatı üçüncü şəxslərə vermək;
3.2.7. Respondentin Saytın Xidmətlərinə çıxışını bloklamaq, Respondent tərəfindən İstifadəçi sazişi, Əlavə ilə müəyyən edilmiş öhdəliklər pozulduqda, həmçinin digər əsaslarla bu İstifadəçi sazişini ləğv etmək;
3.2.8. texniki səbəblərə görə Saytın və Sayt Xidmətlərinin işini dayandırmaq.
3.3. Administratorun aşağıdaki vəzifələri vardır:
3.3.1. bu İstifadəçi sazişi, Əlavə və Məxfilik Siyasətinin şərtlərinə uyğun olaraq Respondentin Şəxsi məlumatlarını emal etmək, onların məxfiliyini saxlamaq və təhlükəsizliyi təmin etmək.
- ŞƏXSİ MƏLUMATLARIN EMAL EDİLMƏSİ SİYASƏTİ
4.1. İstifadəçi sazişinin bu bölməsi ilə, eləcə də Məxfilik Siyasəti ilə Respondentin şəxsi məlumatlarının toplanması, emal edilməsi və ötürülməsi şərtləri, qaydası müəyyən edilir.
4.2. Respondentin şəxsi məlumatlarının emalı Respondentin Məxfilik Siyasəti ilə razılaşdığı və Saytda qeydiyyatdan keçərkən onun şəxsi məlumatlarının emal edilməsinə razılığının ifadə edilməsi şərti ilə həyata keçirirlir.
4.3. Bəzi hallarda Sorğu Saytında Şəxsi məlumatların toplanması və emal edilməsi həyata keçirilir. Bu halda Respondent üçüncü şəxslə — sorğunun təşkilatçısı ilə ayrıca saziş imzalayır, Administrator və Tərəfdaş sorğunun təşkilatçısı tərəfindən toplanmış respondentin Şəxsi məlumatlarının emal edilməsinə görə heç bir məsuliyyət daşımırlar. Respondent belə Sorğularda iştirak etməmək hüququna malikdir.
4.4. Respondent Məxfilik siyasətinin müddəaları ilə razılaşır və onu tam həcmdə qəbul edir.
4.5. Şəxsi məlumatların emal edilməsinə razılıq Respondent tərəfindən istənilən vaxt Uçot qeydini silməklə geri götürülə bilər. Respondent tərəfindən Şəxsi məlumatların emal edilməsinə razılıq geri götürülən andan etibarən Respondentin Saytın Xidmətlərinə girişi bloklanır, bu İstifadəçi sazişi ləğv edilmiş hesab olunur.
- RESPONDENTİN MƏSULİYYƏTİ
5.1. Respondent bu İstifadəçi sazişi üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Tətbiq olunan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
5.2. Üçüncü tərəflər Administratora, Tərəfdaşa və ya onların müştərilərinə qarşı Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin Əqli Mülkiyyətinin Respondent tərəfindən pozulması və ya Respondentin Əqli Mülkiyyətini ehtiva edən Respondent tərəfindən yerləşdirilən materiallarla bağlı hər hansı iddia irəli sürdükləri halda bu iddialar üzrə Respondent müstəqil çəkildə bütün məsuliyyəti daşıyır. Administrator, Tərəfdaş və ya onların müştəriləri məsuliyyətə cəlb olunduğu halda, sonuncular iddialar çərçivəsində dəymiş zərərin ödənilməsi haqqında Respondentə reqres tələbləri təqdim etmək hüququna malikdirlər.
- MƏSULİYYƏTDƏN AZAD ETMƏ
6.1. Administrator Saytdan və (və ya) Saytın Xidmətlərindən istifadə nəticəsində yaranan itkilərə görə Respondent qarşısında məsuliyyət daşımır.
6.2. Respondent anlayır və o barədə razılaşır, ki:
6.2.1. Respondent Saytdan məsuliyyəti öz üzərinə götürərək istifadə edir. Saytın Xidmətləri «olduğu kimi» təqdim olunur;
6.2.2. Administrator zəmanət vermir ki,: Saytın Xidmətləri və Sayt Respondentin tələblərinə cavab verəcəkdir; davamlı, tez, etibarlı və səhvsiz şəkildə təmin olunacaqdır; Saytın Xidmətlərindən istifadə etməklə əldə edilə biləcək nəticələr dəqiq və etibarlı olacaqdır; Saytın Xidmətlərindən istifadə etməklə əldə edilən hər hansı məhsulun, xidmətin, məlumatın və s.-nin keyfiyyəti Respondentin gözləntilərinə cavab verəcəkdir; proqramlardakı bütün səhvlər düzəldiləcəkdir;
6.2.3. Saytın Xidmətlərindən istifadə etməklə Respondent tərəfindən alınan hər hansı materialları Respondent yalnız məsuliyyəti öz üzərinə götürərək istifadə edir. Bu materialların yüklənməsi nəticəsində Respondentin qurğusuna (kompüter, noutbuk və ya digər cihaza) və Respondentin məlumatlarına dəyə biləcək istənilən zədəyə görə məsuliyyət Respondentin üzərinə düşür.
6.3. Əgər Sorğu Administratorun müştərisi tərəfindən keçirilirsə və Respondent düşünür ki, göstərilən Sorğu Respondentə zərər verə biləcək və ya Sorğu Respondent üçün başqa cür qəbuledilməz olacaqdır, Respondent belə Sorğudan keçməkdən imtina etməlidir. Sorğuda iştirak edərək Respondent belə Sorğuya aid olan bütün riskləri öz üzərinə götürür.
- İSTİFADƏÇİ SAZİŞİNİN DƏYİŞMƏSİ
7.1. Administrator bu İstifadəçi sazişinin şərtlərini və onun bütün tərkib hissələrini Respondentlə razılaşdırmadan, sonuncunu Saytda İstifadəçi sazişinin yeni redaksiyasını və ya onun hər hansı ayrılmaz hissələrini yerləşdirməklə xəbərdar edərək, birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. İstifadəçi sazişi və (və ya) onun tərkib hissələrinin yeni redaksiyası Saytda dərc edildiyi andan qüvvəyə minir.
7.2. Bu İstifadəçi sazişi Respondentin Saytın Xidmətlərinə girişinin bloklandığı tarixdən etibarən ləğv edilmiş hesab olunur.
- YEKUN MÜDDƏALAR
8.1. Bu İstifadəçi sazişindən irəli gələn və ya İstifadəçi sazişi ilə bağlı hər hansı mübahisə və ya iddiaları Tərəflər şikayət qaydasında həll etməyə çalışacaqlar. Razılığa nail olmadığı halda, mübahisəyə Administratorun yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır.
8.2. Bu İstifadəçi sazişi ödənişsiz xarakter daşıyır, bununla əlaqədar olaraq da istehlakçıların hüquqlarının müdafiəsi haqqında normalar bu İstifadəçi sazişinə tətbiq edilmir.