İSTİFADƏÇİ SAZİŞİNƏ ƏLAVƏ (İCTİMAİ OFERTA)

Redaksiya 20.10.2022

Bu İstifadəçi sazişinə Əlavədə (bundan sonra – Əlavə) istifadə olunan bütün terminlər və təriflər bu Əlavədə təsbit edilmişdir. Əlavədə təsbit edilməyən terminlər və təriflər Respondent tərəfindən qəbul edilmiş və Administrator tərəfindən dərc edilmiş İstifadəçi sazişində (bundan sonra – İstifadəçi sazişi) müəyyən edilmiş mənaları daşıyırlar.

Əlavə, qoşulma müddəti məhdud olmayan (qeyri-müəyyən müddətə etibarlıdır) ictimai ofertadır (bundan sonra — Oferta). Əlavə İstifadəçi Müqaviləsinə əlavədir, bu o deməkdir ki, Administrator, Tərəfdaş və Respondent həm İstifadəçi sazişinin, həm də bu Əlavənin şərtlərini qəbul edir və onlara əməl etməyi öhdəsinə götürür; Tərəflərin Əlavə ilə tənzimlənməyən hüquqi münasibətlərinə İstifadəçi sazişinin müddəaları və əksinə tətbiq edilir. İstifadəçi sazişi və Əlavə arasında ziddiyyət yarandığı zaman Əlavənin müddəaları qüvvədədir.

Əlavənin qəbulu, Respondent tərəfindən Saytda Uçot qeydinin yaradılmasında ifadə olunan konklyudent hərəkətlərin yerinə yetirilməsi sayılır. Uçot qeydini yaratmaqla, Əlavənin şərtlərini və müddəalarını qəbul etməklə eyni vaxtda Respondent İstifadəçi sazişinin şərtlərini qəbul edir və bu Əlavəyə və İstifadəçi sazişinə qoşulmuş hesab olunur.

Respondent Əlavəni qəbul etməklə Tərəfdaşa öz şəxsi məlumatlarının emal edilməsinə razılığını verir.

Respondent bu Əlavənin hər hansı müddəası ilə razı olmadığı halda, Respondent Saytın Xidmətlərindən istifadə etmək hüququna malik deyil. Əgər Respondent dəyişikliklər dərc edildikdən sonra Saytın Xidmətlərindən istifadə etməyə davam edərsə, hesab olunur ki, bununla da o, Əlavənin şərtlərinin dəyişməsini tam şəkildə qəbul edir.

1.TERMİNLƏR VƏ TƏRİFLƏR

Sayt – elektron hesablama maşınların və məlumat sistemində olan digər məlumat üçün proqramların cəmi, hansına giriş İstifadəçi sazişində göstərilən Saytın Domen adı üzrə İnternet şəbəkəsi vasitəsilə təmin edilir.

Saytın servisləri – Sorğular vasitəsilə Respondentlərin sosioloji və marketinq tədqiqatlarında iştirakını təşkil etmək məqsədi ilə Respondentə təqdim edilən Saytın funksional imkanları, alətləri və xidmətləri.

Sorğu Saytı – Sayt və ya üçüncü şəxslərə məxsus olan sayt, hansının istifadəsi ilə Sorğu  aparılır.

Administrator – Saytın sahibi.

Respondent – İstifadəçi sazişində göstərilən Respondentin Ölkəsinin qanunvericiliyinə uyğun olaraq müvafiq fəaliyyət qabiliyyətinə malik olan və Saytda qeydiyyatdan keçmiş fiziki şəxs.

Əgər Tətbiq olunan qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, 12 yaşına çatmamış şəxslər, həmçinin 16 yaşına çatmamış Avropa İttifaqının üzv dövlətlərinin vətəndaşları Respondent ola bilməzlər. Respondent bildirir və təmin edir ki, İstifadəçi sazişinin bu bəndinin tələblərinə cavab verir.

Tərəfdaş – Respondentlərə Sorğularda iştirak etməyə imkan verən proqram təminatının sahibi olan {partner_name} ({partner_data}).

Sorğu – verilən mövzu üzrə Respondentdən Administratora, Tərəfdaşa və (və ya) onların müştərilərinə məlumatın onlayn şəkildə toplanması və ötürülməsi, alınan məlumatların toplanması, ümumiləşdirilməsi, emalı, Sorğunun nəticələrinə dair nəticələrшт formalaşdırılması üçün tədbirlər toplusunda ifadə olunan ilkin məlumatların toplanması üsulu. Sorğu Administrator, Tərəfdaş və ya onların müştəriləri tərəfindən təşkil edə bilər.

Saytda qeydiyyat – Respondentin bu İstifadəçi sazişi və bu İstifadəçi sazişinin preambulasında göstərilən digər sənədlərlə tam razılığını bildirən Uçot qeydinin yaradılmasına istiqamətləndirilmiş hərəkətlər toplusu.

Uçot qeydi – Respondentin şərti identifikasiya məlumatlarının toplusu, hansıların köməyi ilə Respondent Saytın Xidmətlərinə daxil olur.

Şəxsi kabinet – Saytın qapalı ərazisinin hissəsi, hansında Respondent haqqında məlumatlar yerləşib və Saytın Xidmətləri təqdim edilib.

Əlaqə forması — İstifadəçi sazişində göstərilən elektron poçt ünvanı.

Əqli mülkiyyət — əqli fəaliyyətin nəticələri və onalara ekvivalent olan hüquqi şəxslərin, malların, işlərin, xidmətlərin və müəssisələrin fərdiləşdirilmə vasitələri, hansılara hüquqi müdafiə verilir (o cümlədən Sayt, Saytın Xidmətləri, proqram təminatı, verilənlər bazası, firma adları, ticarət nişanları və xidmət nişanları, qrafiki şəkillər, fotoşəkillər, video məhsullar, kommersiya nişanları və intellektual fəaliyyətin digər nəticələri).

Respondentin Əqli mülkiyyəti – Respondent tərəfindən Saytın Xidmətlərindən istifadə etməklə və ya Sorğu Saytlarında təqdim edilən/yerləşdirilən Əqli Mülkiyyətdır.

Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin əqli mülkiyyəti — Hüquqları Administratora, Tərəfdaşa və ya onların müştərilərinə və ya digər üçüncü şəxslərə məxsus olan, Saytın Xidmətlərindən istifadə edərkən və Sorğulardan keçərkən Respondentə təqdim olunan əqli mülkiyyətdir.

Məxfi məlumat — təqdim edilmə formasından asılı olmayaraq məlumat və ya informasiya:

— Sorğudan keçən zaman Respondentə təqdim edilən Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin əqli mülkiyyəti (o cümlədən Sorğunun sualları, malların/xidmətlərin təsviri və s.);

— Administratorun, Tərəfdaşın və onların müştərilərinin fəaliyyətinə aid olan məlumatlar (maliyyə, texniki, istehsalat və digər xarakterə malik olan məlumatlar, Administrator, Tərəfdaş və onların müştəriləri tərəfindən istifadə edilən və ya hazırlanmış kompüter proqramlarının metodları, texnologiyaları, ideyaları, konsepsiyaları, alətləri, EHM proqramların komponentləri haqqında hər hansı məlumat, Administratorun, Tərəfdaşın və onların müştərilərinin təşkilati aspektləri haqqında məlumat, Administratorun, Tərəfdaşın və onların müştərilərinin informasiya sistemləri, proqram məhsulları haqqında məlumat)

— üçüncü şəxslərə məlum olmadığı üçün həqiqi və ya potensial dəyərə malik olan, Saytdan, Saytın Xidmətlərindən, Sorğular Saytlarından istifadə zamanı Respondent tərəfindən alınan və Administrator, Tərəfdaş və onların müştərilərinə heç bir münasibəti olmayan hər hansı digər məlumat;

— Administratorun, Tərəfdaşın və (və ya) onların müştərilərinin kommersiya sirrini təşkil edən məlumat;

— Tətbiq edilən qanunvericiliyə uyğun olaraq məxfi məlumata aid edilən digər məlumat.

Tətbiq edilən qanunvericilik – İstifadəçi sazişi, Əlavə və Məxfilik siyasəti ilə açıq şəkildə nəzərdə tutulmuş hallar istisna olmaqla, {law_country}.

Avtorizasiya xidmətləri — istifadəçinin avtorizasiyası və autentifikasiyası üçün istifadə edilən Google saytının və digər oxşar xidmətlərin tətbiq interfeysi, həmçinin ola bilsin ki, Respondentin qeydiyyatı zamanı profil məlumatının avtomatik doldurulması üçün.

2.ƏLAVƏNİN PREDMETİ

2.1. Bu Əlavə üzrə Tərəfdaş Respondentin Sorğularda iştirakını təşkil etmək məqsədləri üçün sadə (qeyri-istisna) lisenziya əsasında Saytın Xidmətlərinə (bundan sonra — Proqram Təminatı) giriş üçün proqram təminatından istifadə etmək hüququnu Respondentə verməyə razılığını bildirir, Respondent isə Saytın Xidmətlərindən istifadə edərkən bu Əlavənin və ayrı-ayrı Saytın Xidmətlərinin göstərilməsi qaydasını və şərtlərini tənzimləyən və Saytda yerləşdirilən digər sənədlərin müddəalarına riayət etməyi öhdəsinə götürür.

2.2. Respondent tərəfindən Saytın Xidmətlərindən istifadə edilmə Respondentin hüququdur, onun öhdəliyi deyil.

2.3. Respondent olmağa razılıq verməklə, fiziki şəxs onunla razılaşır ki, Sorğularda iştirak etmək üçün dəvət alacaqdlr.

3.SAYTIN XİDMƏTLƏRİNDƏN İSTİFADƏ ETMƏNİN ÜMUMİ ŞƏRTLƏRİ

3.1. Saytın Xidmətləri Respondentə onun sosioloji və marketinq tədqiqatlarında iştirakına görə pulsuz təqdim olunur.

3.2. Sorğularda iştirak etmək üçün dəvətlər Respondentlərə elektron poçt, SMS mesajlar, mobil telefon nömrəsinə zənglər, İnternet brauzerində push bildirişlər vasitəsilə, sosial şəbəkələrdəki şəxsi mesajlar və ani mesajlaşma xidmətləri vasitəsilə, həmçinin digər üsullarla göndərilə bilər.

3.3. Respondentin Saytın Xidmətlərinə marağını dəstəkləmək, həmçinin onları təşviq etmək, yeni Respondentləri cəlb etmək və qeydiyyatdan keçmiş Respondentlərin fəallığını artırmaq məqsədi ilə Respondentlərə Tərəfdaş, eləcə də Administrator və Tərəfdaşın müştəriləri tərəfindən təşkil edilən bonus proqramlarında iştirak etmə təklif oluna bilər. Bonuslar Tərəfdaş tərəfindən müvafiq proqramlarda, və ya Administratorun və ya Tərəfdaşın müştəriləri tərəfindən müəyyən edilmiş şərtlərə uyğun olaraq hesablanır və istifadə olunur. Bu Əlavəni qəbul etməklə Respondent cari bonus proqramını qəbul edir.

4.SAYTDA QEYDİYYAT. UÇOT QEYDİ

4.1. Saytda qeydiyyat yalnız Respondent tərəfindən aşağıdakı hərəkətlər ardıcıl olaraq yerinə yetirildiyi zaman mümkündür:

4.1.1. Respondent İstifadəçi sazişini, bu Əlavəni, Məxfilik siyasətini tam və qeyd-şərtsiz şəkildə qəbul edir, həmçinin özünün şəxsi məlumatlarının emal edilməsinə razılığını verir. Yuxarıda sadalanan hərəkətlər ardıcıl olaraq aşağıdakı hərəkətləri yerinə yetirməklə həyata keçirilir:

— İstifadəçi sazişinin, bu Əlavənin, Məxfilik siyasətinin, Saytda şəxsi məlumatların emal edilməsiə razılıq mətninin cari redaksiyalarının şərtləri ilə tanış olma;

— İstifadəçi sazişinin, bu Əlavənin, Məxfilik siyasətinin cari redaksiyalarının şərtləri ilə razılığın bildirilməsi və Saytda yuxarıda göstərilən sənədlərdə aktiv linklərin yanında xüsusi sahədə [QEYDİYYATDAN KEÇ] düyməsinə basmaq yolu ilə Şəxsi məlumatların emal edilməsinə razılığın mətnində şərh edilən şərtlərlə şəxsi məlumatların emal edilməsinə razılığın bildirilməsi.

4.1.2. Əvvəlki bənddə göstərilən hərəkətləri yerinə yetirdikdən sonra Respondent Qeydiyyat prosedurundan keçmək hüququna malikdir, hansının nəticəsində Saytın Xidmətlərinə giriş üçün Respondentin unikal Uçot qeydi yaradılır. Qeydiyyat prosedurunu keçmək üçün istifadəçi qeydiyyat formasını doldurmalıdır.

4.1.3. Qeydiyyat prosesi zamanı Respondent öz Uçot qeydinə giriş üçün loqin (electron poçt ünvanı) və parol təyin edir. Respondent öz loqinin və parolunun etibarlılığı və təhlükəsizliyinə, habelə Respondentin loqini və şifrəsi ilə avtorizasiyadan sonra Saytda ediləcək hər şeyə görə məsuliyyət daşıyır.

4.1.4. Saytda qeydiyyat Respondent tərəfindən məlumat formanın bütün tələb olunan sahələrinə düzgün daxil etdikdən sonra başa çatmış hesab ediləcəkdir.

4.2. Respondent həmçinin Avtorizasiya xidmətlərindən istifadə etməklə qeydiyyatdan keçə bilər.

4.3. Saytın Xidmətlərindən istifadə etmə prosesində Respondent müstəqil və könüllü şəkildə özü haqqında məlumatın (o cümlədən Avtorizasiya xidmətlərindən əldə edilənlərin) təqdim edilməsi haqqında qərarı qəbul edir.

5.RESPONDENTİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Respondentin aşağıdakı hüquqları vardır:

5.1.1. İstifadəçi sazişi və bu Əlavə ilə müəyyən edilmiş qaydada və şərtlərlə Sorğularda ödənişsiz olaraq iştirak etmək;

5.1.2. Sorğularda iştirak etmə qaydası və şərtləri haqqında məlumat almaq;

5.1.3. səbəbi izah etmədə Sorğuda iştirak etməkdən imtina etmək;

5.1.4. Respondentin Uçot qeydində özü haqqında məlumatlara müstəqil şəkildə dəyişiklik və düzəlişlər etmək, o şərtlə ki, belə dəyişikliklər və düzəlişlər aktual və etibarlı məlumatları ehtiva etsin;

5.1.5. Respondentin fikrincə, onun hüquqlarını pozan davranışlardan əks əlaqə formasından istifadə etməklə şikayət göndərmək yolu ilə şikayət vermək;

5.1.6. öz təşəbbüsü ilə Saytın təlimatlarına əsasən istənilən vaxt Uçot qeydini silmək.

5.2. Respondentin vəzifələri:

5.2.1. İstifadəçi sazişinin və bu Əlavənin şərtlərinə əməl etmək;

5.2.2. Saytda qeydiyyatdan keçərkən tələb olunan etibarlı məlumatları təqdim etmək, qeydiyyat formasında təklif olunan bütün suallar üzrə özü haqqında dəqiq, tam və ardıcıl məlumatı göstərmək, təqdim olunan məlumatları aktual vəziyyətdə saxlamaq;

5.2.3. Tətbiq olunan qanunvericiliklə müəyyən olunan yaşa çatmamış Uçot qeydini yaratmamaq;

5.2.4. qüvvədə olan Uçot qeydiniz olduğu zaman, Saytda təkrar qeydiyyatdan keçməmək;

5.2.5. Uçot qeydinə giriş üçün yaradılmış parolun etibarlılığına, o cümlədən Avtorizasiya xidmətlərindən istifadə edərək qeydiyyatdan keçən zaman məsuliyyət daşımaq, parolun qorunmasını, o cümlədən istifadə olunan avadanlıqda antivirus proqramlarını quraşdırmaqla təmin etmək. Parolu açıqlamamaq və ya Uçot qeydinizə üçüncü şəxslərə girişi başqa yolla təmin etməmək və Uçot qeydinizi üçüncü tərəflərə verməmək;

5.2.6. Sorğulardan keçən zaman vicdanla hərəkət etmək, suallara informativ, mənalı, ardıcıl, həmçinin tam cavablar vermək. Mənasız cavablar Sorğunun mövzusuna aid olmayan, tərkibində qeyri-normativ leksika, rəqəmlər, durğu işarələri və mənası olmayan, bir-birinə və ya sağlam məntiqə zidd olan hərflər yığımı olan cavablar, həmçinin bilərəkdən yalan cavablar hesab edilir;

5.2.7. Respondentin Uçot qeydinə avtorizasiya olmadan (Respondent tərəfindən icazə verilməyə) giriş və (və ya) Respondentin məlumatlarının təhlükəsizliyinin pozulması halları barədə Əlaqə Forması ilə məktub göndərməklə dərhal xəbərdar etmək;

5.2.8. Saytdan aşağıdakılar üçün istifadə etməmək:

– üçüncü şəxslərin hüquqlarına və onlara hər hansı formada zərər vurulması;

– kifayət qədər hüququ olmadan başqa şəxsin yerinə və ya təşkilatın və (və ya) cəmiyyətin nümayəndəsinin yerinə özünü təqdim etmək, həmçinin hər hansı subyektin və ya obyektin xassələri və xüsusiyyətləri barədə yanlış məlumat vermək;

– digər Respondentlərin şəxsi məlumatlarının toplanması və saxlanması;

– zərərli və (və ya) qanunsuz olan: kobud, hədələyici, əxlaqı təhqiredici, pornoqrafik, böhtan xarakterli, insanlara nifrət və (və ya) irqi, etnik, cinsi, sosial əlamətlərlə diskriminasiyasını təşviq edən, üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını pozan;

– hansıları Respondent qanunla və ya hər hansı müqavilə münasibətlərinə əsasən mümkün olan etməyə hüququ yoxdur;

– üçüncü tərəfin hər hansı patentini, ticarət nişanını, kommersiya sirrini, kopiraytı və ya digər əqli mülkiyyət hüquqlarını pozan;

– xüsusi üsulla icazə verilməyən reklam məlumatları, spam, saxtakarlıq və digər oxşar sxemlər (məsələn, «piramidalar», «xoşbəxtlik məktubları» və s.);

– istənilən kompüter və ya telekommunikasiya avadanlığının və ya proqramlarının funksionallığını pozmaq, məhv etmək və ya məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş, təkibində viruslar və ya digər kompüter kodları, faylları və ya proqramları olan, qeyri-sanksiyalı girişin həyata keçirilməsi üçün, həmçinin kommersiya proqram məhsulları və onların generasiyası üçün proqramların seriya nömrələri, loqinlər, parollar və İnternetdə ödənişli resurslara qeyr-sanksiyalı şəkildə giriş üçün, habelə yuxarıda göstərilən məlumatlara linkləri yerləşdirmək üçün digər vasitələr.

5.2.9. Proqram təminatının surətini çıxrmamaq və ya dəyişdirməmək; Proqram təminatından əldə edilən proqramları yaratmamaq; proqram kodunu əldə etmək üçün Proqram təminatına daxil olmamaq;

5.2.10. Sayta və ya Saytın Xidmətlərinə giriş hüquqlarını hər hansı digər formada üçüncü şəxslərə satmamaq, təhvil verməmək, icarəyə verməmək;

5.2.11. müvafiq sorğuda, yaxud elanın mətnində və ya başlığında Saytın adına çaşdırıcı dərəcədə oxşar söz və ya ifadənin olması şərtilə kontekstli sorğularda reklamın nümayişi üçün xidmətlər göstərən hər hansı İnternet xidmətlərində öz istinad linkindən istifadə edərək kontekstli reklam yerləşdirməmək. Həmçinin, Respondent elektron poçt ilə, sosial şəbəkələrdə və ya onun istinad linki olan ani messencerlərdə spam göndərməməyi öhdəsinə götürür;

5.2.12. İstifadəçi sazişinin müddəalarına uyğun olaraq ciddi məxfiliyə riayət etmək və Məxfi məlumatı üçüncü şəxslərə açıqlamamaq;

5.2.13. Respondentin Ölkəsindən kənarda olarkən sorğulardan keçməmək;

5.2.14. Respondentin Ölkəsindən başqa ölkəyə daimi yaşamaq üçün getdiyi halda —  Tərəfdaş və Administratora qarşı hər hansı iddialardan imtina etmək və Uçot qeydini silmək.

6.TƏRAFDAŞIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

6.1. Tərəfdaşın aşağıdakı hüquqları vardır:

6.1.1. istənilən vaxt xəbərdarlıq etmədən bu Əlavənin şərtlərinə əlavələr etmək, redaktə etmək və ya başqa şəkildə dəyişiklik etmək;

6.1.2. Respondentləri Sorğularda iştirak etmək üçün dəvət etmək;

6.1.3. Sorğunun hədəf auditoriyasının meyarlarına uyğun gəlməyən və ya digər səbəblərə görə Respondentləri Sorğularda iştirak etməyə dəvət etməmək/onlara imtina etmək, bu zaman Tərəfdaş belə imtinaların səbəblərini açıqlamağa borclu deyil;

6.1.4. bu Əlavənin şərtlərindən birbaşa başqa hal nəzərdə tutulmayıbsa, Sorğular çərçivəsində suallara Respondentin cavablarını ehtiva edən simalaşdırılmış məlumatları üçüncü şəxslərə vermək;

6.1.5. Respondentin Saytın Xidmətlərinə girişini bloklamaq, Respondent tərəfindən bu Əlavə ilə müəyyən edilmiş öhdəliklər pozulduğu zaman bu Əlavəni ləğv etmək;

6.1.6. Saytın və Saytın Xidmətlərinin işinin müvəqqəti dayandırılması ilə Saytın proqram-aparat kompleksində profilaktik işləri aparmaq.

6.2. Tərəfdaşın aşağıdakı vəzifələri vardır:

6.2.1. Sorğulardan keçmək üçün Saytın Xidmətlərinə Respondentə pulsuz girişi təmin etmək;

6.2.2. Respondentin Şəxsi Məlumatlarını emal etmək, onların məxfiliyini saxlamaq və Məxfilik siyasətinə və bu Əlavənin şərtlərinə uyğun olaraq təhlükəsizliyi təmin etmək.

7. SAYTIN XİDMƏTLƏRİNƏ GİRİŞİN BLOKLANMASI

7.1. Respondentin Saytın Xidmətlərinə girişin bloklanması aşağıdakı hallarda həyata keçirilir:

7.1.1. Respondent tərəfindən öz Uçot qeydinin silinməsi;

7.1.2. Respondent tərəfindən şəxsi məlumatların emalı edilməsinə razılığın geri götürülməsi;

7.1.3. bu Əlavədə göstərilən tələblərə uyğunluğu baxımından Respondentin statusunun dəyişilməsi;

7.1.4. Əlavə ilə müəyyən edilmiş öhdəliklərin Respondent tərəfindən pozulması faktının aşkar edilməsi.

7.2. Əgər Respondent Saytın Xidmətlərindən istifadə etmirsə və əvvəlki 6 (altı) ay ərzində Saytın Xidmətləri vasitəsilə keçirilən heç bir Sorğuda iştirak etməmişdirsə Respondentin Uçot qeydi bloklana bilər.

7.3. Respondent razılaşır ki, Administrator və Tərəfdaş onun qarşısında Saytın Xidmətlərinə girişin bloklanmasına görə heç bir məsuliyyət daşımır.

7.4. Respondentin Saytın Xidmətlərinə girişinin bloklanması tarixdən etibarən bu Əlavə ləğv edilmiş hesab olunur.

8. ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

8.1. Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin əqli mülkiyyəti:

8.1.1. Respondent etiraf edir və onunla razılaşır ki, Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin Əqli mülkiyyəti hüquqi mühafizə altındadır.

8.1.2. Respondentə Saytdan, Saytın Xidmətlərindən və Proqram təminatından Sorğularda Respondentin iştirak etməsi üçün lazım olan həcmdə istifadə etmək üçün pulsuz sadə (qeyr-istisna) lisenziya verilir.

8.1.3. Respondentə bu Əlavənin əvvəlki bəndində göstərilən hüquqlar istisna olmaqla, Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin Əqli Mülkiyyətinə heç bir digər hüquqlar verilmir, o cümlədən Respondentə Administratorun, Tərəfdaşın və ya onların müştərilərinin Əqli Mülkiyyətini başqasına ötürmək, özgəninkiləşdirmək, satmaq, surətini çıxarmaq, yaymaq, dəyişdirmək və digər üsulla sərəncam vermək qadağan olunur.

8.2. Respondentin əqli mülkiyyəti:

8.2.1. Sorğu prosesi zamanı materialları yerləşdirərək Respondent Administratora, Tərəfdaşa və onların müştərilərinə (Sorğunun təşkilatçısı və sifarişçisi olanlar) ərazi və onun qüvvədə olma müddəti məhdud olmadan, materiallardan qanunla qadağan olunmayan hər hansı bir şəkildə, o cümlədən kütləvi surətdə çıxarma, nümayiş etdirmək, surətini çıxarmaq, rəqəmsal emal, yenidən emal və ya modifikasiya yolu ilə istifadə etmək, habelə yuxarıda göstərilən hüquqları hər hansı üçüncü şəxslərə vermək hüququ ilə (sublisenziyaların verilməsi), o cümlədən transsərhəd transferi ilə göstərilən materiallara pulsuz sadə (qeyri-istisna) lisenziyanı verir.

8.2.2. Materialları Saytda və Sorğu Saytlarında yerləşdirərək Respondent zəmanət verir ki:

– yerləşdirilən materialların qanuni sahibidir və materialları dərc edərək Respondent üçüncü şəxslərin hüquqlarını və ya mövcud sazişlərin şərtlərini pozmur;

– Respondent materiallara, o cümlədən məxfiliyə riayət etməyə dair heç bir öhdəlik daşımır.

9.MƏXFİLİK

9.1. Respondent tərəfindən məxfi məlumatların üçüncü şəxslərə verilməsi, o cümlədən Məxfi məlumatın açıqlanması və ona hər hansı digər giriş yalnız Administratorun, Tərəfdaşın və ya Sorğunun sifarişçisi olan onların müştərisinin yazılı icazəsi ilə həyata keçirilə bilər.

9.2. Respondent Məxfi məlumatı qorumaq üçün bütün tədbirləri görəcəkdir.

9.3. Məxfi məlumatın açıqlanmasına görə Respondent Tətbiq olunan qanunvericiliklə müəyyən olunan məsuliyyəti daşıyır.

10. ŞƏXSİ MƏLUMATLARIN EMAL EDİLMISİ SİYASƏTİ

10.1. Respondentin Şəxsi məlumatlarının Tərəfdaş tərəfindən emal edilməsinə dair. Məxfilik Siyasətinin müddəaları, həmçinin İstifadəçi sazişinin müddəaları tətbiq edilir.

11. RESPONDENTİN MƏSULİYYƏTİ

11.1. Respondent bu Əlavədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Tətbiq olunan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

11.2. Respondent dərk ki, Əlavənin şərtlərinə əməl edilməməsi Administrator, Tərəfdaş və (və ya) onların müştəriləri üçün əhəmiyyətli itkilərə səbəb ola bilər. Bununla əlaqədar olaraq, Administrator, Tərəfdaş, müştəri Respondentdən onun vurduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

12. MƏSULİYYƏTDƏN AZAD ETMƏ

12.1. Tərəfdaş Saytdan və (və ya) Saytın Xidmətlərindən istifadə nəticəsində yaranan itkilərə görə Respondent qarşısında məsuliyyət daşımır və Respondent və üçüncü şəxslər arasında bağlanmış heç bir müqaviləyə üzrə məsuliyyət daşımır.

12.2. Respondent razılaşır ki, Tərəfdaş Saytın Xidmətlərinə girişin bloklanmasına görə onun qarşısında heç bir məsuliyyət daşımır.

13. ƏLAVƏNİN DƏYİŞMƏSİ

13.1. Tərəfdaş Respondentdən razılıq almadan bu Əlavənin şərtlərini və onun bütün ayrılmaz hissələrini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir, sonuncunu Əlavənin yeni redaksiyası və ya dəyişikliklərə məruz qalmış onun hər hansı ayrılmaz hissələrini Saytda yerləşdirməklə xəbərdar edir. Əlavənin yeni redaksiyası və (və ya) onun hər hansı bir ayrılmaz hissəsi Saytda dərc edildiyi andan qüvvəyə minir.

14.YEKUN MÜDDƏALAR

14.1. Bu Əlavədən irəli gələn və ya Əlavə ilə bağlı olan istənilən mübahisələri və ya iddiaları Tərəflər iddia qaydasında həll etməyə çalışacaqlar. Razılaşma əldə edilmədikdə, mübahisəyə Tərəfdaşın yerləşdiyi yerdə məhkəmədə baxılmalıdır.

14.2. Bu Əlavə ödənişsiz xarakter daşıyır, bununla əlaqədar olaraq istehlakçıların hüquqlarının müdafiəsi haqqında normalar bu Əlavəyə şamil edilmir.