BONUS PROQRAMI (İCTİMAİ OFERTA)
Redaksiya 20.10.2022
Bu Bonus Proqramı (bundan sonra — Bonus Proqramı) qoşulma müddəti məhdud olmayan (qeyri-müəyyən müddətə etibarlıdır) ictimai ofertadır (bundan sonra — Oferta).
Bonus Proqramının qəbulu Respondent tərəfindən qəbul edilmiş və Tərəfdaş tərəfindən dərc olunmuş və ünvanda internet şəbəkəsində yerləşdirilmiş istifadəçi sazişinə Əlavənin (ictimai ofertanın) Respondent tərəfindən qəbulu sayılır (bundan sonra — Əlavə).
Bonus Proqramında istifadə olunan və orada qeyd olunmayan bütün anlayışlar Administrator tərəfindən dərc edilmiş və Respondent tərəfindən qəbul edilmiş İstifadəçi sazişində (bundan sonra — İstifadəçi sazişi) və Əlavədə müəyyən edilmiş mənalara malikdir.
1.ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Bonus Proqramı, Administrator, Tərəfdaş və ya Administratorun/Tərəfdaşın müştəriləri tərəfindən təşkil edilən sorğuları keçmək üçün mövcud Respondentlərin saxlanılmasına və yeni Respondentlərin cəlb edilməsinə yönəldilib və elə bir tədbirdi ki, hansının nəticəsində Respondent balları toplayır və onları Mükafatla mübadilə edir.
1.2. Bonus Proqramında iştirak faktı o deməkdir ki, Respondent Bonus Proqramına qoşulub, Bonus Proqramının şərtləri ilə tanış olub və onlarla tam razıdır.
1.3. Əlavə terminlər və təriflər:
1.3.1. Həvəsləndirmə — Respondent tərəfindən Bonus Proqramında iştirak prosesində toplanmış ballar müqabilində mobil əlaqə operatorun xidmətlərinin Respondentə görə və ya Respondent tərəfindən göstərilən şəxsə görə tam və ya qismən ödənilmədir. Respondent tərəfindən alınan həvəsləndirmə pul ekvivalenti ilə əvəz edilə bilməz;
1.3.2. Bonus kartı – Respondent haqqında, ona verilən Həvəsləndirmələr, yığılmış, silinmiş balların sayı və balların cari balansı haqqında məlumat toplusudur. Bonus kartı İstifadəçi sazişinin, Əlavənin şərtlərini qəbul edən və Saytdan istifadə edən Respondentin adına açılır;
1.3.3. Ballar — Bonus proqramında iştirak üçün Respondentə hesablanan bonuslardır.
1.3.4. Balların minimum sayı — Saytda müəyyən edilmiş toplanmış Balları Həvəsləndirmə üçün mübadilə etmək üçün lazım olunan balların minimum sayıdır.
1.4. Bonus proqramının keçirilmə müddəti: bu Bonus proqramının saytda dərc edildiyi tarixdən qeyri-müəyyən müddətə. Tərəfdaş istənilən vaxt Bonus Proqramını ləğv etmək və ya dayandırmaq hüququna malikdir, o şərtlə ki, Respondentlər Bonus proqramının müddətinin bitməsinə bir iş günündən gec olmayaraq Saytda müvafiq elan yerləşdirməklə belə ləğvetmə barədə məlumatlandırılsınlar.
2. BONUS PROQRAMINDA İŞTİRAK ETMƏ QAYDALARI
2.1. Bonus Proqramında iştirak etmək üçün şəxs İstifadəçi sazişinə, Əlavəyə və bu Bonus Proqramına qoşulmalıdır.
2.2. Bonus Proqramında iştirak etmə könüllüdür. Respondent, bu Bonus proqramı ilə razılaşaraq, Saytın Xidmətlərinin təşviqinə yönəlmiş reklam, marketinq və digər tədbirlərdə iştirak etmək üçün məlumatlı və könüllü razılığını verir. Saytın Xidmətlərinin fəaliyyət göstərilməsi haqqında məlumat, informasiya, reklam və ya digər mesajlar Respondentin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına, telefon nömrəsinə Əlavədə müəyyən edilmiş qaydada göndərilir. Respondent istənilən vaxt Uçot qeydini silmək yolu ilə bu bənddə göstərilən məlumatı almaqdan imtina edə bilər.
2.3. Respondent yalnız şəxsən keçdiyi Sorğulara görə Ballar qazana bilər. Əks halda Respondentin Uçot qeydi bloklana bilər.
2.4. Bonus kartına ballar Saytın Xidmətlərindən aktiv istifadəyə görə verilir, məhz:
2.4.1. Respondent tərəfindən Sorğudan aşağıdakı şərtlərə riayət edərkən keçməsinə görə:
— Sorğudan tam keçmə şərti ilə, əgər Sorğu Administratorun/Tərəfdaşın müştərisinin/tərəfdaşının resursunda aparılırsa, — Administratorun/Tərəfdaşın müştərisi /tərəfdaşı tərəfindən Sorğudan tam və düzgün keməsinin təsdiqlənməsi şərti ilə (əgər Respondent hər hansı səbəbdən Sorğunu tamamlamamışdırsa, bu halda Administrator/Tərəfdaş Balların hesablanmamasına görə məsuliyyət daşımır);
— Ballar bir dəfə Sorğu başa çatdıqdan sonra hesablanır;
— hesablanmalı Balların sayı hər bir konkret halda ayrıca müəyyən edilir və ya Respondentin şəxsi kabinetində, ya da Respondentə Sorğuda iştirak etmək üçün göndərilən dəvətnamədə və ya digər üsullarla elan edilir. Toplanmış Balların sayı Respondentin Şəxsi kabinetində Bonus Kartında göstərilir;
— Respondent qəbul edir və razılaşır ki, Sorğular müxtəlif xüsusiyyətlərdən (yaş, cins, yaşayış coğrafiyası, sosial və ailə statusu, müəyyən məhsulun, xidmətin istehlakı və s.) asılı olaraq formalaşan müəyyən profilli şəxslər arasında aparılır. Bununla əlaqədar olaraq tələb olunan profilə cavab verməyən Respondentin iştirak imkanı, Respondentə belə Sorğunun keçirilməsi haqqında məlumat mesajının göndərilməsinə baxmayaraq, məhdudlaşdırıla bilər. Bu halda ballar hesablanmır;
— Respondentə keçməsi mümkün olan Sorğuların olacağına zəmanət verilmir.
2.4.2. Respondentin şəxsi kabinetində məlumatın aşağıdakı şərtlərə riayət edərək doldurulmasına görə:
— Respondent tərəfindən profil məlumatların doldurulması zaman;
— Ballar məlumat doldurulduqdan sonra bir müddət ərzində bir dəfə hesablanır;
— hesablanacaq Balların sayı Respondentin Şəxsi kabinetində Bonus Kartında müəyyən edilir və əks olunur.
2.4.3. Respondentin Administrator, Tərəfdaş, Administrator/Tərəfdaşın müştəriləri tərəfindən təşkil edilən proqramlarda aşağıdakı şərtlərə riayət etməklə iştirakına görə;
— Respondent tərəfindən proqramlarda iştirak şərtlərinə əməl etmə və Respondentin göstərilən proqramların iştirakçılarına tələblərə uyğun olması şərti ilə;
— Ballar Respondentin proqramda iştirakı başa çatdıqdan sonra müəyyən müddət ərzində bir dəfə hesablanır;
— hesablanacaq Balların sayı proqramlarda müəyyən edilir və ya Respondentin şəxsi kabinetində, ya da proqramda iştirak etmək üçün Respondentə göndərilən dəvətdə və ya digər üsullarla elan edilir;
— hesablanacaq Balların sayı Respondentin Şəxsi kabinetində Bonus Kartında müəyyən edilir və əks olunur.
2.4.4. Respondent tərəfindən Sorğularda iştirak etmək üçün aşağıdakı şərtlərlə üçüncü şəxslərin cəlb edilməsinə görə:
— Respondent olmayan üçüncü şəxsin Saytında Qeydiyyatdan keçən zaman və birinci Sorğunun keçməsi, hansında iştiraka görə ballar hesablanır;
— Ballar üçüncü şəxsin Saytda qeydiyyatından sonra müəyyən müddət ərzində bir dəfə hesablanır;
— hər cəlb edilmiş şəxsə görə hesablanacaq Balların sayı Saytda elan edilir;
— toplanmış Balların sayı Respondentin Şəxsi kabinetində Bonus Kartında əks olunur.
2.5. Tərəfdaş öz mülahizəsinə görə, o cümlədən Respondentlərin müəyyən kateqoriyası daxil olmaqla, balların hesablanması və/və ya hesablanmaması üçün digər əsaslar (hallar) müəyyən etmək hüququna malikdir.
2.6. Respondent tərəfindən, İstifadəçi sazişinin, Əlavənin və/və ya Qaydaların bu Bonus proqramının şərtləri pozulduğu halda, Tərəfdaş Balları hesablamamaq, həmçinin hesablanmış Balları çıxarmaq hüququna malikdir.
2.7. Ballar Bonus Kartına daxil edildikdən sonra Respondent bu Bonus proqramı ilə müəyyən edilmiş qaydada onlardan istifadə etmək hüququnu alır.
3. BALLARIN QÜVVƏDƏ OLMA MÜDDƏTİ VƏ BALLARIN ÜÇÜNCÜ ŞƏXSLƏRƏ VERİLMƏSİ
3.1. Bonus kartına köçürülmüş ballar Bonus proqramının bütün müddəti ərzində etibarlıdır, Respondentin Saytın Xidmətlərinə girişinin bloklanması halları istisna olmaqla, nə vaxt ki ballar ləğv olunur.
3.2. Bonus kartı hər Respondentə münasibətdə fərdi olaraq aparılır. Bonus Kartına köçürülmüş ballar başqa Respondentə verilə və ya başqa şəkildə güzəşt edilə bilməz.
4.HƏVƏSLƏNDİRMƏNİN TƏQDİM EDİLMƏSİ QAYDASI
4.1. Toplanmış Balları Respondentə Həvəsləndirmə üçün dəyişdirmək üçün balların minimum sayını (silinməmiş) toplamaq və ödəniş üçün ərizə göndərmək lazımdır.
4.2. Ödəniş üçün ərizə göndərilərkən Balların müvafiq sayı Bonus Kartından silinəcəkdir. Tərəfdaş ərizə göndərildiyi tarixdən etibarən 14 (on dörd) təqvim günü ərzində Həvəsləndirməni təqdim etməyə çalışacaqdır. Lakin bəzi hallarda göstərilən müddət uzadıla bilər. Həvəsləndirmə geri qaytarılmır və alındıqdan sonra Ballarla dəyişdirilə bilməz.
4.3. Respondent Tətbiq edilən qanunvericiliyə uyğun olaraq Respondent tərəfindən Həvəsləndirmə alındıqdan sonra yaranan vergi və rüsumları müstəqil şəkildə ödəyir və bu öhdəliyin lazımi qaydada yerinə yetirilməsinə görə müstəqil şəkildə məsuliyyət daşıyır.
5. BONUS PROQRAMININ MÜDDƏTİ VƏ KEÇİRİLMƏ ŞƏRTLƏRİ HAQQINDA RESPONDENTLƏRİN MƏLUMAT EDİLMƏSİNİN ÜSUL VƏ QAYDASI
5.1. Bonus proqramının keçirilmə qaydaları Saytda yerləşib.
5.2. Tərəfdaş, bu Bonus proqramı ilə nəzərdə tutulan hallar istisna olmaqla, Respondentlərlə yazılı danışıqlara və ya digər əlaqəyə girməmək hüququnu özündə saxlayır.
5.3. Bonus Proqramının vaxtından əvvəl dayandırılması, keçirilməsinin dayandırılması və ya şərtlərinin dəyişdirilməsi, həmçinin hər hansı digər hallarda bu barədə məlumat Saytda məlumat yerləşdirmək yolu ilə Respondentlərin diqqətinə çatdırılacaqdır.
5.4. Tərəfdaş, Respondentin Bonus Proqramında iştirakı, Həvəsləndirmələr alması və onlardan istifadə etməsi ilə əlaqədar ona dəyə biləcək hər hansı zərərə görə, Responden tərəfindən öz məlumatlarının qeyri-dəqiq təqdim edilməsi ilə əlaqədar sənədlərin hazırlanmasında buraxılmış səhvlərə görə, üçüncü şəxslərin təqsiri üzündən Respondentə və ya onun əmlakına dəymiş ziyana görə, Respondent tərəfindən mövcud milli və beynəlxalq qanunvericiliyin pozulmasına görə və bunun nəticəsində yaranan nəticələrə görə, Həvəsləndirmələrin alınması ilə əlaqədar Respondent tərəfindən üçüncü şəxslərə vurulan istənilən zərərə görə məsuliyyət daşımır.